

Naximov adına hərbi dənizçilik məktəbinin tələbələri koronavirusa yoluxub
Murmanskda yerləşən Naximov adına hərbi dənizçilik məktəbinin 31 tələbəsində koronavirus infeksiyası aşkarlanıb.
"Seanews.az" xəbər verir ki, bütün xəstələr Müdafiə Nazirliyinin Moskavadakı sanatoriyalarından birinə köçürülüb. Onlarla əlaqədə olmuş sağlam müəllim və tərbiyəçilər nəzarət altına götürülüb.
Tələbələrin Moskvadan gəlmiş müəllimdən infeksiyaya yoluxduğu bildirilir.
Məktəbin direktoru Anatoli Minakov yüksək temperaturla xəstəxanaya çatdırılsa da, onda koronavirus infeksiyaının olduğu hələ məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır