Dünyanın LNG yanacağı ilə işləyəcək ən böyük Ro-Ro gəmisinin inşasına başlanıb
Çin mərkəzli “Yantai CIMS Raffles” gəmiqayırma zavodunda İsveç nəqliyyat şirkəti “Wallenius SOL” tərəfindən sifariş edilən LNG dəstəkli Ro-Ro gəmisinin tikintisinə başlanılıb.
Bu, LNG yanacağı ilə işləyən dünyanın ən böyük Ro-Ro gəmisi olacaq. Onun uzunluğu 242, eni 35,2 metr təşkil edəcək.
Gəminin 2021-ci ilin avqustunda təhvil verilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır