Tuzla tərsanələrində 53 işçinin koronavirus testi pozitiv çıxıb
Türkiyənin Tuzla tərsanələr bölgəsindəki tərsanələrdə koronavirusa yoluxma faktı qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, 6 tərsanədən ümumilikdə 53 işçinin koronavirusa yoluxduğu məlum olub.
Virusa yoluxanların hazırda müalicəsi davam edir.
Yoluxma faktı ilə əlaqədar tərsanələrin əksəriyyəti fəaliyyətinə fasilə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır