Hindistanda onlarla hərbi dənizçi koronavirusa yoluxub
Hindistanın Mumbay şəhərindəki hərbi dəniz bazasında koronavirus aşkarlanıb.
Bunu ölkənin Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, bazada 21 dənizçiyə koronavirus diaqnozu qoyulub.
Bildirilib ki, onlar eyni yaşayış blokunun sakinləridir. Hazırda blok karantinə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır