Avropa sahillərində tankerlərin sıxlığı yaranıb
Hazırda 1 milyon ton aviasiya yanacağı, benzin, dizel və digər neft məhsulları ilə dolu 30-a yaxın tanker Avropa sahillərində lövbərdə dayanıb.
"Seanews.az" xəbər verir ki, tankerlər əsasən Amsterdam - Rotterdam - Antverpen neft emalı və logistika mərkəzi yaxınlığında və Aralıq dənizi bölgəsinin bir neçə hissəsində cəmləşib.
Bildirilir ki, sahildəki yanacaq rezervuarları dolu olduğundan tankerlər göyərtələrindəki nefti boşalda bilmirlər. Koronavirus pandemiyası səbəbindən yaranmış nəqliyyat məhdudiyyətlərinə görə neft məhsullarına tələbat kütləvi şəkildə azalıb. Buna görə də adıçəkilən bölgələrdəki neft terminallarında gecikmələr müşahidə olunur, bu isə ticarətçilərin xərclərini artırır.
Digər tərəfdən, Reyn çayında suyun səviyyəsinin aşağı olması səbəbindən bölgələrdə nəqliyyat kanallarından keçid də mürəkkəbləşib. Bu səbədən gəmilər göyərtələrinin yalnız 50%-ni yüklə doldura bilirlər.