Fransa sahillərində kitlər peyda olub – VİDEO
Fransanın milli parkı Kalankanın sularında mavi kitlər peyda olub.
"Seanews.az" xəbər verir ki, koronavirus səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdığı üçün nəhəng balıqlar sahilə yaxınlaşıblar.
Parkın əməkdaşının sözlərinə görə, dənizdə gəmilərin sıx hərəkəti olanda kitlər adətən aqressiv olurdular. Hazırda onların sərbəst üzüşü üçün kifayət qədər yer olduğundan bu nəhəng canlılar özlərini sakit aparır.
Mavi kitlərin uzunluğu 20 metr, çəkisi orta hesabla 70 ton olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır