“Cosco Shipping Lines” şirkəti yeni proqram hazırlayıb
“Cosco Shipping” şirkəti apreldə şərqi Aralıq dənizi və ABŞ-ın şərq sahillərini birləşdirən yeni EMA həftəlik servisini istifadəyə verəcək.
"Seanews.az" xəbər verir ki, “EMA” servisi İtaliya, İspaniya, Türkiyə, İsrail, Misir və Yunanıstanın bütün əsas ixrac bazarlarını ABŞ-ın şərq sahillərinin əsas limanları ilə birləşdirəcək.
Bundan əlavə, Yunanıstanın Piraeus limanındakı tranzit yolu ilə Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, Xorvatiya, Sloveniya və Bolqarıstan limanlarında idxal-ixrac proseslərini həyata keçirmək mümkün olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır