Bosfordan keçən tankerdə nasazlıq yaranıb
Yunanıstana məxsus “Militos” tankeri aprelin 12-də Bosfor boğazından keçərkən mühərrikdə yaranan nasazlıq ucbatından yoluna davam edə bilməyib.
Verilən məlumata əsasən şimala doğru üzən gəminin göyərtəsində yük olub.
Hadisə yerinə gələn yedək gəmilərinin köməyi ilə tanker geriyə, Mərmərə dənizinə doğru aparılıb.
Hazırda tanker sahildə lövbərdə durub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır