Çində balıqçı gəmisinin batması nəticəsində 14 nəfər itkin düşüb
Çinin Cıcian vilayətində göyərtəsində 16 nəfər olan balıqçı gəmisi qəzaya uğrayıb.
"Seanews.az" xəbər verir ki, hadisə yerinə 20-dən çox gəmi cəlb olunub. Xilasedicilər 2 nəfərin cəsədini sudan tapıblar.
Hazırda digərlərinin axtarış işləri aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır