Venesuelada gəmi batıb
Venesuelanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Naiguata” gəmisi ekspedisiya gəmisi ilə toqquşduqdan sonra batıb.
Hadisə Karib dənizindəki İsla La Tortuq beynəlxalq sularında baş verib.
“RCGS Resolute” ekspedisiya gəmisindən verilən məlumata görə, gəmi mühərriki test etmək üçün sahilə yaxın yerdə manevr edirdi. Onlara yaxınlaşan “Naiguata” gəmisi ekspedisiya gəmisinin ərazini tərk etməsini tələb edib. Əmrə rədd cavabı aldıqdan sonra “Naiguata” gəmisi havaya xəbərdarlıq atəşi açır və gəmini güc yolu ilə döndərmək üçün gəmiləri toqquşdururlar.
Ekspedisiya gəmisi davamlı olduğundan xəsarət almır, lakin “Naiguata” gəmisi ciddi zədə aldıqdan sonra batır.
Hadisə zamanı heç kim xəsarət almayıb, Hazırda istintaq işləri aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır