Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İndoneziyadan gələn gəmi-bərəyə sahilə yan almaq qadağan edilib VİDEO

İslandiyadan qayıdan İndoneziyaya məxsus “Km Lambelu” gəmi-bərəsi Maumer limanına (Flores adası) yaxınlaşdıqda sahilə yan almaq qadağası ilə üzləşib.

Buna səbəb, gəmidə olan sərnişinlərin arasında 3 nəfərdə koronavirusun əlamətləri olduğu bildirilib.

Bu xəbəri alan sərnişinlər arasında panika yaşanıb. Bir neçə nəfər gəmidən suya tullanıb, lakin onlar sudan xilas edilərək gəmiyə qaytarılıb.

Liman rəhbərliyi gəmidə qalan bütün sərnişinlərə virusa yoluxduğu ehtimal edilən 3 nəfərin testlərinin cavabını gözləməyə çağırıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır