Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Pentaqon hərbçilərini koronavirusun yayıldığı gəmidən təxliyə etməyəcək

Pentaqon göyərtəsində koronavirus infeksiyasının yayıldığı “Theodore Roosevelt” təyyarə daşıyan gəmisində olan hərbçilərini təxliyə etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə “CBS News”a müsahibəsində ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib.

Onun sözlərinə görə, gəmidə ciddi xəstələr yoxdur və ABŞ rəhbərliyi gəmi üçün onsuz da çox iş görür, dərman və ərzaq məhsulları verir, texniki və tibb personal göndərir.

“Pentaqon infeksiyanın qarşısını almaq üçün səy göstərir”, - M.Esper söyləyib.

Bundan əvvəl KİV gəmidə 80-ə yaxın yoluxma halının qeydə alındığını bildirmişdi. Gəmi kapitanı Brett Krozye ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığına məktub göndərərək dənizçilərin həyatını xilas etmək və virusun yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus203 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır