• Bakı, 2020-04-07,
Seanews
Heyder Eliyev

Cənubi Koreya kruiz gəmiləri üçün məhdudiyyət tətbiq edir

Cənubi Koreya hökuməti yeni koronavirusun yayılmasını əngəlləmək üçün kruiz gəmilərinin ölkə limanlarına girişini müvəqqəti olaraq məhdudlaşdıracaq.

Bu barədə ölkənin səhiyyə və rifah nazirinin müavini Kim Qanq-lip bildirib.

Belə ki, fevralın 11-12-də Busan limanına iki, ayın ikinci yarısında isə Busan və Çecu limanlarına daha iki əcnəbi gəminin girişinə qadağa qoyulub.

Bununla yanaşı, yanacaq və ehtiyat əldə etmək üçün əcnəbi gəmilərin girişinə icazə veriləcək.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır