• Bakı, 2020-02-28,
Seanews
Heyder Eliyev

Qırımızı dənizdə minaya düşən balıqçı gəmisində 3 misirli həlak olub

Qırımızı dənizdə Yəmənin Hutsi qiyamçılarının yerləşdirdiyi minaya düşən balıqçı gəmisində 3 misirli həlak olub, daha 3 nəfər itkin düşüb. AZƏRTAC SPA informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatı Ərəb Koalisiyasının sözçüsü, polkovnik Turki əl-Malki yayıb. O əlavə edib ki, itkin düşən balıqçıların axtarışı üçün xüsusi xilasedici dəstəsi fəaliyyət göstərir.

Ərəb Koalisiyasının bəyanatında qeyd olunub ki, koalisiyanın hərbi dəniz qüvvələri iki gün əvvəl Qırmızı dənizdəki beynəlxalq sularda üzən balıqçı gəmisinin minaya düşməsi barədə məlumat alıb. Onun göyərtəsində olan altı misirli balıqçıdan üçü həlak olub, daha üçü isə itkin düşüb. Bəyanatda bildirilir ki, qiyamçı silahlı qruplaşma Qırmızı dənizin cənubundakı beynəlxalq sularda və Babül-Məndəb boğazında minalar yerləşdirib. Bu, ticarət və balıqçı gəmiləri üçün ciddi təhlükə törədir. Belə ki, son bir ildə həmin ərazi sularında 137 mina Ərəb Koalisiyası hərbi gəmiləri tərəfindən zərərsizləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır