Norveçdə yük gəmisinin sükanı sıradan çıxıb
Bododan Svolvara üzən Norveçə məxsus “MS FOLLA 2” yük gəmisinin sükanı sıradan çıxıb.
Fövqəladə hal yarandığını görən heyət üzvləri gəmini xilasedici qayıqlarla tərk etmək məcburiyyətində qalıblar.
Dərhal hadisə yerinə yedək gəmisi göndərilib. “MS FOLLA 2” yedəyə alınaraq bugün səhər saatlarında Lodingen limanına çatdırılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır