Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

İstanbul boğazında 29 il əvvəl baş vermiş qəzada batan gəmi hələ də dənizin dərinliklərindədir

İstanbul boğazında indiyədək çox gəmi batıb, amma onların az bir hissəsi xatırlanır...

"Seanews.az" xəbər verir ki, Boğazda baş verən gəmi faciələrindən biri 29 il öncəyə təsadüf edir.  Belə ki, 14 noyabr 1991-ci ildə Qara dənizdən Mərmərə dənizinə gedən içərisi qoyunla dolu Livan bayraqlı “Rabunion 18” adlı gəmi ilə əks istiqamətdə hərəkət edən Filippin bayraqlı “Madonna Lily” gəmisi Anadolu qalası yaxınlığında toqquşub.

Hadisədən sonra 21000 qoyun Boğazda boğulub. Sahilə çıxan qoyunlar isə vətəndaşlar tərəfindən kəsilərək bölüşdürülüb.

Gəmi hələ də içərisində ölmüş qoyun cəsədləri ilə birgə Boğazın dərinliklərindədir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır