Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“COSCO Pacific” gəmisində yanğın baş verib

Hindistanın qərbindəki “Klang Malaysia” limanından “Ngava Sheva” limanına üzən “COSCO Pacific” konteyner gəmisinin yük bölməsində yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, gəmi planlaşdırılmış səyahətini təxirə salaraq Kolombo şəhərindəki limana doğru hərəkət edib. “COSCO Pacific” limana yan alandan sonra bütün yüklər boşaldılıb. Son məlumata görə, sözügedən gəmi hələ də Kolombo limanında lövbərdə dayanıb.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yanğının baş vermə səbəbləri araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır