Fırtınayla üzləşən gəmidəki konteynerlərin 6-sı dənizə düşüb
İzmirin Əliağa limanına gedən "MedKon" adlı gəmi Çanaqqala boğazında güclü fırtınayla üzləşib. Nəticədə gəmidəki konteynerlərdən 6-sı suya düşüb.
Gəminin kapitanı dərhal Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyini məlumatlandırıb.
Ərazidəki digər gəmilərə xəbərdarlıq göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır