Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dəniz quldurları gəmiyə hücum ediblər, 3 nəfər qaçırılıb

Dəniz quldurları Nigeriyanın cənub sahillərində sualtı boru kəmərləri çəkmək üçün istifadə olunan AMBIKA neft gəmisinə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə "Sahara Reporters" bildirib.

Məlumata əsasən, gəmi heyəti üzvü olan 2 Rusiya və 1 Hindistan vətəndaşı qaçırılıb.

Yanvarın 2-nə keçən gecə baş verən pirat hücumu təcavüzkarlar və təyyarədəki təhlükəsizlik işçiləri arasında atışma ilə müşayiət olunub.

Döyüş zamanı dörd silahlı mühafizəçi öldürülüb, daha iki nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır