Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Nigeriyanın Rivers əyalətində tərk edilmiş gəmi tapılıb

Qərbi Afrika ölkəsi Nigeriyanın Rivers əyalətində tərk edilmiş gəmi tapılıb. Gəmiyə baxış zamanı onun içərisində 11 cəsəd  və bir neçə silah olduğu müəyyənləşib. 

İcma İnkişaf Dərnəyi rəhbəri İloye Braide açıqlamasında bildirib ki, bir gün əvvəl bölgədə piratlarla dəniz qüvvələri arasında qarşıdırma baş verib. Braid cəsədlərin öldürülən dəniz quldurlarına aid ola biləcəyini deyib.

Rivers əyaləti polis sözçüsü Nnamdi Omoni isə məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, bölgədə  nigeriyalı dəniz quldurları  tərəfindən yük gəmilərinə basqın və qaçırma halları tez-tez baş verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır