Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

class="content-title">Filippində bərə yanıb, 60-dan çox insan itkin düşüb

Filippin sahilləri yaxınlığında göyərtəsində 170-dən çox sərnişinin olduğu bərədə yanğın baş verib.

Hadisə nəticəsində azı 3 sərnişin həlak olub, 66 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışı davam edir.

Yanğın avqustun 27-də axşam saatlarında Sebu şəhərindən Dapitana üzən bərədə baş verib. Şahidlərin sözlərinə görə, alov tez bir zamanda bərənin yarısını bürüyüb və sərnişinlər suya atılmaq məcburiyyətində qalıb.

İnsident zamanı bərədə 136 sərnişin və 40 ekipaj üzvü olub. Hazırda xilasedicilər 110 nəfəri sudan çıxarıb. İlkin məlumata əsasən, yanğın bərənin maşın bölməsində başlayıb.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır