Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Kerçdə yanacaq nəqli zamanı zərər görən gəmi Çanaqqala boğazından keçirilib

Bu ilin əvvəlində Kerç boğazında yanacaq nəqli zamanı baş verən yanğında zərər görən "Candy" adlı gəmi Çanaqqala boğazından keçirilib.

"Seanews.az" xəbər verir ki, gəmi İzmirin Aliağa bölgəsindəki tərsanəyə aparılmaq üçün Boğaza gətirilib. "Feras" adlı yedək gəmisinin köməkliyi ilə gətirilən gəmiyə təhlükəsizlik məqsədilə "Kurtarma-3" adlı təchizat gəmisi də təhkim olunub. 

Xatırladaq ki, yanvarın 21-də Kerç boğazında Tanzaniya bayraqlı iki gəmi arasındakı yanacaq transferi zamanı yanğın çıxıb, hadisədə 14 nəfər həlak olub, 12 nəfər xilas edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır