Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Son üç ildə Türkiyə boğazlarından 193 183 gəmi keçib

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan ölkə boğazlarından keçən gəmi sayı və burada baş verən qəzalarla bağlı açıqlama verib.

O bildirib ki, Çanaqqala boğazından 2017-ci ildə 44 615, 2018-ci ildə  43 999, 2019-cu ilin ötən dövründə 10 541 gəmi keçib.

İstanbul boğazından isə 2017-ci ildə 42 978, 2018-ci ildə 41 103, 2019-cu ilin ötən dövründə 9 947 gəmi keçib.

Son üç ildə hər iki boğazdan keçən gəmi sayı ümumilikdə 193 183 olub.

Nazir əlavə edib ki, boğazlardan keçən gəmilərin əksəriyyətini ümumi yük gəmisi təşkil edib.

Nazir son üç ildə baş verən gəmi qəzalarını da açıqlayıb. Bu dövrdə İstanbul boğazında 41, Çanaqqala boğazında isə 11 qəza qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır