Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Çin hərbi dəniz qüvvələrinin 70 illik yubileyi münasibətilə parad keçiriləcək

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) hərbi dəniz qüvvələrinin yaranmasının 70-ci ildönümü münasibətilə aprelin 23-də hərbi dənizçilik paradı keçiriləcək.

Bu barədə Çinin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin sonlarında hərbi dəniz qüvvələrinin yaranmasının ildönümünə həsr olunan müxtəlif tədbirlər təşkil olunacaq.

Çindao sahil şəhərində keçiriləcək həmin tədbirlərdə 60-dan çox ölkənin hərbçilərinin, habelə hərbi gəmilərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, ÇXAO-nun hərbi dəniz qüvvələri 1949-cu il aprelin 23-də yaradılıb.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır