Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Grande America” gəmisində yanğından sonra Fransanın sahil sularının çirklənmə təhlükəsi yara

İtaliyanın “Le Grande America” adlı gəmisində baş vermiş yanğın nəticəsində yaranmış ağır karbohidrogen yanacaq təbəqəsi bazar günü və ya bazar ertəsi Fransanın Cənub-Qərbində sahil sularına çatacağı ehtimal olunur. Fransanın ekoloji keçid üzrə naziri Fransua dö Rügi bu haqda məlumat verərək bildirib ki, maye yanacaq təbəqəsi tezliklə Fransanın Atlantik okeanı sahillərinə təsirini göstərəcək. Qəzadan yaranan çirklənmənin təsirini azaltmaq üçün dövlət bütün tədbirləri görür. Bu məqsədlə bu gün çirklənmənin qarşısını almaq üzrə ixtisaslaşdırılmış gəmi ölkənin Şarant-Maritim departamentinin La Roşel şəhərinə gətiriləcək. Qeyd edək ki, uzunluğu 214 metr olan İtaliyanın “Le Grande America” gəmisində 2 min avtomobil, 45-şində təhlükəli maddə olmaqla 365 konteyner, 2 200 ton ağır maye yanacaq olub. Almaniyanın Hamburq şəhərindən çıxan gəmi Mərakeşin Kasablanka şəhərinə getməli idi. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır