Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ölkə dünyanın ən iri neft ixracatçısına çevrilə bi

ABŞ 2021-ci ildə neft və neft məhsullarının netto ixracatçısı olacaq, 2024-cü ilədək isə dünyanın ən iri neft ixracatçılarından birinə çevrilərək Rusiyanı üstələyə və Səudiyyə Ərəbistanına çata bilər. Bbu proqnoz Beynəlxalq Enerji Agentliyinin (İEA) 2019-ci ildə neft bazarına dair məruzəsində əksini tapıb. “Ortamüddətli perspektivdə neft bazarındakı təklifin artmasında ABŞ üstün mövqeyini saxlayacaq. 2018-ci ildə maye karbohidrogenlərinin gündəlik hasılatını 2,2 milyon barel artıraraq misilsiz nəticə göstərən ABŞ 2024-cü ilədək gündəli hasilatı daha 4 milyon barel artıraraq dünya istehsalat gücünün 70 faizə qədərinə malik olacaq. Belə hasilat artımı nəticəsində ABŞ 2021-ci ildə neft və neft məhsullarının netto ixracatçısı olacaq. Bəyan edilən bütün ixracat layihələri həyata keçirilsə, ABŞ 2024-cü ilədək gündəlik 8,4 milyonbarelədək neft ixrac edəcək. Bununla da hazırda netto ixracat sarıdan həmin ölkələrdə xeyli geri qalan ABŞ Səudiyyə Ərəbistanına çatacaq, Rusiyanı üstələyəcək və ixracat gücü baxımından ən iri məcmu neft ixracatçılarından birinə çevriləcək”, –  İEA-nın məruzəsində göstərilir. Qeyd edək ki, cəmi bir neçə həftə bundan əvvəl gündəlik 3,6 milyon xan neft ixracı ilə rekord əldə edən ABŞ həmçinin saflaşdırılmış yanacaq da daxil olmaqla gündəlik 5 milyon barel neft məhsulları ixrac edir. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır