ay əvvəl “Maestro” və “Candy” gəmilərində baş verən yanğın bu gün söndürü
Kerç boğazında bir ay öncə türk və hindistanlı 14 dənizçinin ölümünə səbəb olan “Maestro” və “Candy” adlı gəmilərdə çıxan yanğın söndürülüb. “Seanews.az” xəbər verir ki, yanğının söndürülməsi Rus Təcili Yardım heyətinin səyi nəticəsində mümkün olub. Açıqlamada bildirib ki, yanğının baş verdiyi 21 yanvar tarixindən ciddi əməliyyatlar həyata keçirilib. Nəhayət, bu gün səhər saatlarında Rus Təcili Yardım heyəti yanğının tamamilə söndürülməsinə müvəffəq olub. Xatırladaq ki, yanvarın 21-də Kerç boğazında “Kandi” və “Maestro” adlı iki gəmi göyərtədən-göyərtəyə yanacaq ötürərkən alışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır