Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

an gəmi yenidən inşa olun

2017-ci ildə Cənubi Koreyanın “Hyundai Heavy Industries” tərsanəsində inşa olunan və 2018-ci ilin martında yanan konteyner gəmisi “Maersk Honam” yenidən inşa olunacaq. “Seanews.az” xəbər verir ki, bu barədə “Maersk Line” şirkəti məlumat yayıb.  Şirkətdən bildirilib ki, bu məqsədlə gəmi  2019-cu ilin martında  “Hyundai Heavy Industries”-ə aparılacaq. “Maersk Honam”-ın yenidən tikintisi  30 milyon dollardan bahaya başa gələcək.  353 metr uzunluğundakı “Maersk Honam”  “Cosco Shipping Heavy Transport”-un  “Xin Guang Hua”da gəmisi ilə daşınacaq. Gəminin bu ilin ikinci yarısında istismara qaytarılması nəzərdə tutulur. Qeyd edək ki, keçən ilin mart ayında Umman sahillərində gəmidə baş verən yanğın zamanı  5 heyət üzvü həyatını itirmişdi.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır