Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

veç dənizinin şelfində yeni qaz ehtiyatları aşkar ed

Norveç dənizinin şelfində yeni qaz yataqları aşkar edilib. Norveç KİV-lərinin məlumatında görə, yataqda qazma işləri hələ ötən ilin oktyabrında başlayıb. Yeni yataqda tapılmış qaz və kondensatın ehtimal olunan həcmi neft ekvivalenti ilə 6-25 milyon barrel civarındadır. Norveç şelfindəki yeni yatağın “Kristin” platformasında “Equinor” şirkətinə məxsus infrastrukturun yaxınlığında yerləşməsi onun işlənilməsini asanlaşdırır. Yataq Norveçin ”Equinor”, habelə “ExxonMobil”, “Total” və “Petoro” şirkətlərinin daxil olduğu qrup tərəfindən işlənəcək. Qeyd edək ki, 2018-ci ilin yayında Barents dənizində həyata keçirilən geniş qazma proqramı Norveçdə neft ehtiyatlarının kəşfi ilə nəticələnməyib. Lakin yeni faydalı qazıntı ehtiyatlarının axtarışı üzrə işlər davam etdirilib. Norveçin ekologiya təşkilatları buz örtüyü göstəricilərinin çox aşağı olması və atmosferdə karbon qazının səviyyəsinin kəskin artması fonunda ölkənin Arktikada neft hasilatını genişləndirmək təşəbbüslərinə tənqidi yanaşırlar. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır