Finlandiya yük gəmilərinin ölkənin sahil sularına tullantı su atmasını qadağan edən qanunu qəbul edib
Finlandiya Parlamenti yük gəmilərinin ölkənin sahil sularına tullantı su atmasını qadağan edən qanunu qəbul edib.
"Seanews.az" xəbər verir ki, bu qanun gələn ilin iyulunda qüvvəyə minəcək.
Finlandiyanın milli yayım qurumu Yle-yə danışan Baltik Dənizi Fəaliyyət Qrupunun (BSAG) icraçı direktoru Ville Wahlberg qərarı böyük uğur adlandırıb: "Bu qərar dünya standartlarına uyğundur. Heç bir ölkə bu qədər iddialı qanunlar qəbul etməyib."
Onu da qeyd edək ki, İsveç və Danimarka da Baltik dənizində oxşar tədbirlər görməyi nəzərdən keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır