“CMA CGM” və “EUROGATE” Hamburq limanında yeni konteyner terminalı tikəcək
Fransanın konteyner logistikası korporasiyası “CMA CGM” və Almaniyanın “EUROGATE” terminal operatoru Hamburq limanında yeni konteyner terminalının tikintisi layihəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
“Seanews.az” xəbər verir ki, bu barədə “Alphaliner” qlobal konteyner bazarının həftəlik monitorinqinin son sayında məlumat verib.
Hamburq Almaniyanın ən böyük konteyner limanıdır. Limanın dörd konteyner terminalından üçü “HHLA”-ya məxsusdur və bu il dünyanın ən böyük konteyner operatoru “MSC” minoritar səhmdara çevrilib. “Eurogate” limanın ümumi dövriyyəsinin təxminən dörddə birini idarə edən Hamburqun dördüncü konteyner terminalına sahibdir.
Böyük konteyner operatorları artan mənfəətlərinin bir hissəsini terminal aktivlərinə yatırırlar. Sentyabr ayında “CMA CGM” Cənubi Amerikanın Santos limanında beş terminala malik Braziliyanın “Santos Brasil” şirkətinin səhmlərinin təxminən 48%-ni satın alıb.