anıstan suları batmış gəmi və qayıqlardan təmizlənə
Yunanıstan dəniz yataqlarında batmış onlarla gəmi və qayığın təmizlənməsi üçün işlərə başlayacaq. “Seanews.az” xəbər verir ki, bu barədə Limanlar Dairəsi müdiri Dimosthenis Bakopoulos məlumat verib. O bildirib ki, Pire limanı yaxınlığındakı Elefsis körfəzində on illərdir çoxlu sayda gəmi və qayıq var. Onlar dəniz nəqliyyatına və ətraf-mühitə ciddi ziyan vururlar. Ən əsas problem isə həmin gəmi və qayıqlardan hələ də yanacağın sızması ilə bağlıdır. Qeyd edək ki, Piredən Salamis adasına uzanan bölgədə ən azı 52 gəmi qalığı var. Qalıqların bəzilərinin xarici şirkətlərə, bəzilərinin ayrı-ayrı şəxslərə məxus olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır