

Avropa İttifaqı Rusiyanın üç gəmiçiliyinə qarşı sanksiya tətbiq edib
Avropa İttifaqı Rusiyanın üç gəmiçilik şirkətinə qarşı sanksiya tətbiq edib.
Bu barədə TASS Brüsseldə keçirilən Avropa İttifaqı Şurasının bəyanatına istinadən xəbər verir.
Sanksiya siyahısına Rusiyanın üç gəmiçilik şirkəti daxildir: “MG-Flot”, “VTS-Broker” və “A.Rapax”.
Daha əvvəl xəbər verildiyi kimi, Avropa Parlamenti Böyük Britaniya ilə birlikdə Aİ ölkələrini hansı bayraq altında üzməsindən asılı olmayaraq, Rusiya nefti daşıyan tankerləri La-Manş boğazına buraxmamağa çağırıb.
Onu da xatırladaq ki, Avropa İttifaqının 2024-cü ilin iyununda 14-cü sanksiyalar paketi çərçivəsində tətbiq etdiyi Rusiya mayeləşdirilmiş təbii qazının Avropa limanları vasitəsilə üçüncü ölkələrə tranzitinə qoyulan qadağa 9 aydan sonra qüvvəyə minəcək. Bu barədə Avropa Komissiyasının (AK) sanksiyalar paketinin müddəalarını izah edən bəyanatında deyilir.