Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” 4,2 milyard dollara 24 iki yanacaqlı konteyner gəmisi sifariş edəcək

Almaniyanın “Hapag-Lloyd” gəmiçilik şirkəti LNG daxil olmaqla, iki növ yanacaqla işləyə bilən 24-ə qədər konteyner gəmisi sifariş etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, müqavilənin ümumi dəyəri 4,2 milyard dollardan çox olacaq.

Gəmilərin tikintisini Çin tərsanələri həyata keçirəcək. “Yangzijiang Shipbuilding” tutumu 17 min TEU olan 12 konteyner gəmisinin hər birini 200-210 milyon dollara tikəcək.

“New Times Shipbuilding” isə 12 konteyner gəmisi inşa edəcək. Daha kiçik tutumlu - 9,2 min TEU-luq gəmilərin hər biri sifarişçiyə təxminən 140 milyon dollara başa gələcək.

Bütün gəmilər iki yanacaqlı mühərriklərlə təchiz olunacaq və sifarişçiyə çatdırılması 2028-2029-cu illər üçün nəzərdə tutulub.

Hazırda gəmiqayırma zavodları ilə müqavilənin detalları üzrə müzakirələr yekunlaşır. Maraqlıdır ki, bu, son üç ildə “Hapag-Lloyd” gəmiçilik şirkətinin ilk sifarişi olacaq. Belə ki, “Hapag-Lloyd” sonuncu dəfə 2020-ci ilin dekabrında 6+6 sxemi ilə iki yanacaqlı konteyner gəmiləri tikmək üçün müqavilə imzalamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır