Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

traliyada nəhəng köpəkbalığı qayığı batı

Avstraliyanın şimal-şərqində yerləşən “Sunshine Coast” kəndinin  Moffat çimərliyi yaxınlığında balıqçı qayığı dörd metrlik köpəkbalığının hücumuna məruz qalıb.  “Seanews.az” xəbər verir ki, əvvəlcə köpəkbalığı dişlərini qayığa keçirərək onu deşib, ardınca qayıq çevrilib. Dənizə düşən balıqçı qayığın su üzündə qalan uc hissəsinə çıxaraq xilas olmağı bacarıb.  Hücum nəticəsində hər hansı yara almayan balıq,ı rabitə vasitəsi ilə yardım istəyib. Dərhal xilasedicilər hadisə yerinə gəlib, onu təhlükəsiz şəkildə sahilə aparıblar.  Balıqçı bildirib ki, xilasediciləri gözləyərkən qorxulu anlar yaşayıb. Bu müddətdə nəhəng köpəkbalığı onun ətrafından uzaqlaşmayıb.   Son üç ayda Avstraliyada isti hava səbəbindən köpəkbalığı hücumlarının sayı artıb. Sentyabrda iki nəfər Whitsunday adasında yaralanıb. Eyni adada noyabrın əvvəlində 33 yaşında bir həkim qol və ayağıdan xəsarət almışdı. Həmin şəxsin öldüyü bildirilir. .   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır