Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Husilər Avropa və Asiyanı birləşdirən dörd sualtı internet kabelini zədələyiblər

Husilərin növbəti hücumu nəticəsində Avropa və Asiya arasında internet rabitəsini təmin edən dörd sualtı kabel zədələnib.

AZƏRTAC “Globes” qəzetinə istinadla xəbər verir ki, AAE-1, Seacom, EIG və TGN kabellərinin zədələnməsi Avropa və Asiya arasında internet rabitəsində problemlərə səbəb olub. Bundan ən çox Körfəz ölkələri və Hindistan zərər çəkib.

Mütəxəssislər zərərin aradan qaldırılması üçü səkkiz həftə vaxt lazım olduğunu təxmin edirlər. Onların fikrincə, eyni ərazidən keçən və Asiya, Afrika və Avropanı birləşdirən digər kabellər zədələnmədiyi üçün vəziyyət kritik deyil.

Xatırladaq ki, Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər. Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirir.

Fevralın 19-da Avropa İttifaqı da gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Aspides” əməliyyatına başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır