Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“Zapadnıy” tankeri Sillot limanında saya oturub

2024-cü il fevralın 1-də Almaniyanın Bremen limanından çıxan “Zapadnıy” tankeri Böyük Britaniyanın Sillot limanında terminala yaxınlaşarkən saya oturub. Hadisə Soluey Fert körfəzinə sızma ilə nəticələnib.  

“Seanews.az” xəbər verir ki, 77 metrlik tanker saydan çıxarılıb və Sillot limanında dokda dayanıb.

1998-ci ildə inşa edilən “Zapadnıy” gəmisini Odessanın “Veliero Shipping” şirkəti idarə edir. Beliz bayrağı altında üzən tankerin dedveyti 3,3 min tondur.

Qeyd edilir ki, “Zapadnıy” tankeri 2016-cı ildə də Sillot limanı yaxınlığında saya oturubmuş. 2011-ci ildə isə Bremendəki “Lurssen” gəmiqayırma zavodunun üzən dokuna çırpılıb.  2023-cü ilin aprelində aşkar edilmiş 20 pozuntuya görə gəmi dörd gün Felikstou limanında saxlanılıb. Ötən ilin oktyabrında Amsterdamda təkrar texniki baxışdan keçiriləndə isə tankerdə 10 qayda pozuntusu qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır