

Hindistanda məktəblilərin olduğu qayıq batıb
Hindistanın qərbində Harney gölündə məktəbliləri daşıyan qayıq batıb.
APA xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Qayığın batması nəticəsində 16 nəfər ölüb, onlardan ikisi müəllim olub.
Nəşrin məlumatına görə, hadisə zamanı qayıqda ümumilikdə 34 nəfər olub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır