

Şanxay konteyner dövriyyəsində liderliyini qoruyub saxlayır
Şanxay 2023-cü ildə konteyner aşırma həcmini 3,6% artıraraq dünyanın ən işlək konteyner limanı adını qoruyub saxlayıb.
“Seanews.az” xəbər verir ki, 2023-cü ildə Şanxay limanında konteynerlərin aşırılmasının həcmi 49 milyon TEU-nu keçib ki, bu da 2022-ci illə müqayisədə 1,7 milyon TEU çoxdur, artım 3,6% olub.
Qeyd olunur ki, Şanxay limanı dünyanın 700-dən çox limanına həftəlik 320-dən çox xətti səfər təklif edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır