

Çinli gəmi sahibi metanolla işləyən filiz daşıyıcıları sifariş edib
Çinin “Shandong Shipping” şirkəti “Qingdao Beihai Shipbuilding” gəmiqayırma zavodund dörd böyük tutumlu filiz daşıyıcısının (VLOC) tikintisini sifariş verib.
“Seanews.az” xəbər verir ki, müqavilə Şanxayda Çinin ən böyük “Marintec China” dəniz sərgisində imzalanıb.
Tutumu 325 min ton olan gəmilərin layihəsi Çində hazırlanıb. 340 metr uzunluğundakı gəmilər metanolla və külək turbinlərində işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz olunacaq və həmçinin sahildə yerləşən enerji mənbələrinə qoşula biləcək.
Ən son nəsil böyük tutumlu filiz daşıyıcıları eyni yük tutumuna malik mövcud gəmilərə nisbətən daha az suya oturduğundan bu, onlara daha çox limana səfər etməyə imkan verir.
Gəmilərin “Vale”nin maraqları naminə Braziliyadan filiz daşınması üçün istifadə edilməsi planlaşdırılır.