

“ONE”-nin törəmə şirkəti fəaliyyətə başlayır
“Ocean Network Express” (“ONE”) Naqasakidə “ONE DEJIMA” adlı yeni törəmə şirkətinin yaradıldığını bildirib.
“Seanews.az”-ın məlumatına görə, yeni struktur “ONE”-nin Sinqapurdakı bəzi əməliyyat funksiyalarını öz üzərinə götürəcək.
Yeni şirkətin yaradılması Naqasaki Prefekturasının, Fukuoka Maliyyə Qrupunun və “Juhachi-Shinwa” Bankın rəhbərliyinin dəstəyi ilə mümkün olub və qlobal “ONE” şəbəkəsinin genişləndirilməsinə və Yaponiyada regional səviyyədə biznesin inkişafına yönəlib.
“ONE” daha əvvəl Yaponiyada başqa bir regional şirkət - “Advanced Ocean Container Transportation Engineering Lab”-ı (“AOCTEL”) yaratmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır