

Ventspils limanının yük dövriyyəsi azalıb
2023-cü ilin yanvar-noyabr aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% azalaraq 9,7 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə limanda neft yüklərinin aşırılması 45% azalaraq 3,27 milyon tona düşüb. Balker yüklərinin işlənməsi 6,6% azalaraq 4,37 milyon ton olub.
Aşırılan bərə (Ro-Ro) yüklərinin həcmi də 22,4% azalaraq 2,05 milyon ton təşkil edib.
Hesabat dövründə limana 1060 gəmi yan alıb ki, bu da gözlənildiyindən 16,2% azdır.
Qeyd edək ki, 2022-ci ildə Ventspils limanında 14,7 milyon ton yük aşırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır