• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

umundan çox sərnişin götürdüyü üçün ba

Solomon adaları yaxınlığında Toadan mərkəz əyalətindəki Burungia kəndinə doğru hərəkət edən qayıq batıb. “Seanews.az” xəbər verir ki, bu barədə Solomon adaları Polis Təşkilatından məlumat yayıb.  Qəzaya səbəb kimi qayığın tutumundan çox sərnişin daşıdığı göstərilir. Belə ki, 6 nəfər üçün nəzərdə tutulan üzən vasitəyə 16 nəfər minib. Hadisə nəticəsində dörd nəfər həyatını itirib. Sağ qalan 12 nəfər uşaqlar və yeniyetmələrdən ibarətdir. Hazırda polis məsələylə bağlı araşdırmalara başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır