Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Total” Şimal dənizindəki neft-qaz yataqlarındakı səhmlərini sa

Fransanın “Total” neft-qaz şirkəti Şimal dənizindəki layihəsindəki səhmlərini Britaniyanın “Serica Energy” şirkətinə satıb. Bu barədə “Serica Energy”nin məlumatında deyilir. Bildirilir ki, “Total” Britaniya sularında yerləşən “Bruce” və “Keith” neft-qaz yataqları layihəsindəki səhmlərini 20 milyon dollara “Serica Energy” şirkətinə satıb. “Serica Energy” “Total”ın törəməsi “Total E&P UK Ltd.” ilə Şimal dənizindəki “Bruce” və “Keith” neft-qaz yataqları layihəsindəki səhmlərin alınması üzrə müqavilə imzalayıb. Müqaviləyə görə, “Serica Energy” “Bruce” yatağındakı 42,25 faiz və “Keith”də isə 25 faizlik payçı olacaq. Səhmlərin ümumi dəyəri 20 milyon dollardır. Satış yanvarın 1-dən etibarən qüvvədə olacaq. Satınalma əməliyyatlarının bu ilin üçüncü rübündə başa çatması gözlənilir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır