Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizlik üzrə işçi qrupu yaradacaq

Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli işçi qrupu yaradır.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

“Rumıniya xarici işlər naziri amerikalı həmkarını türkiyəli həmkarı (Mövlud Çavuşoğlu) tərəfindən 2022-ci ilin dekabrında təsdiq edilmiş Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli Rumıniya-Türkiyə işçi qrupunun yaradılması təklifi barədə məlumatlandırıb. Amerika tərəfi bu təşəbbüsü yüksək qiymətləndirib”, - Rumıniya XİN-in məlumatında vurğulanıb.

Telefon danışığı zamanı diplomatlar “Qara dəniz regionunda onun mühüm ticarət və enerji marşrutu statusunu gücləndirəcək strateji yanaşma vasitəsilə sabitliyin möhkəmləndirilməsi imkanlarını” müzakirə ediblər.

Bu kontekstdə, B. Auresku amerikalı həmkarına rəsmi Buxarestin “qiymətləndirmə və ideyalarını” əhatə edən sənədi rəsmi Vaşinqtona təqdim edildiyini xatırladıb.

Rumıniya və ABŞ-nin baş diplomatları arasında telefon danışığı bu ilin martında Buxarestdə keçiriləcək Rumıniya və ABŞ arasında Strateji Dialoqun səkkizinci görüşünə hazırlıq çərçivəsində baş tutub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır