Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Yaponiya və Rusiya balıq ovu kvotalarını azaltmaq barədə razılığa gəliblər

Yaponiya və Rusiya 2023-cü ildə iki ölkənin 200 millik eksklüziv iqtisadi zonalarında yapon və rus balıqçıları tərəfindən qarşılıqlı balıq ovu üçün kvotalar barədə razılığa gəliblər.

“korabel.ru” xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiya Balıqçılıq İdarəsi məlumat yayıb.

Dekabrın 19-dan 27-dək onlayn rejimdə keçirilən məsləhətləşmələr nəticəsində balıq ovu üçün qarşılıqlı kvotaların cari illə müqayisədə 25 min ton azaldılması qərara alınıb. Rusiya balıqçılarına 40 min ton skumbriya (5 min ton az), 8 min ton sardina (12 min ton az) və 2 min ton treska (8 min ton az) tutmağa icazə veriləcək.

Yapon balıqçılar da öz növbəsində Rusiya sularında sauri ovunu 25 min ton azaldacaqlar. Hər iki tərəfdən balıq tutacaq gəmilərin sayı builki səviyyədə qalıb.

Rusiya və Yaponiya 1984-cü il müqaviləsi əsasında iki ölkənin 200 millik eksklüziv iqtisadi zonalarında balıq tuturlar. Hər il ölkə balıq ovu kvotalarını və digər məsələləri razılaşdırmaq üçün məsləhətləşmələr keçirirlər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır