Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Türkiyə Prezidenti Rusiya və Ukrayna liderləri ilə “Taxıl dəhlizi”ni müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Taxıl dəhlizi”ni genişləndirmək yollarını müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Türkiyənin dövlət başçısı “TRT World” Forumundakı çıxışında verib.

Rusiya-Ukrayna savaşının dünyada qida böhranı yaratdığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan əvvəldən bəri bu problemin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində maraqlı olub, sülh üçün böyük səylər göstərib və mövqeyi dəyişməzdir.

Dövlət başçısı çıxışında gündəlikdə olan digər məsələlərə münasibət bildirməklə bərabər TRT və onun qurumlarının fəaliyyətini yüksək dəyərləndirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır