

Bosfor boğazı yaxınlığında tankerlərin tıxacı barədə məlumat təkzib edilir
Mətbuatda Türkiyə boğazlarında 100 tankerin yığılması barədə məlumat yayılmışdı.
Türkiyənin Nəqliyyat Nazirliyi Bosfor boğazı yaxınlığında tankerlərin tıxac olması ilə bağlı məlumatı təkzib edib.
“Hazırda bir sıra xarici KİV-lərdə deyildiyi kimi, Boğaziçi yaxınlığında 100 deyil, 15 tanker var”, - deyə ölkənin Nəqliyyat Nazirliyinin Dəniz İşləri üzrə Baş İdarəsi məlumat yayıb.
Departamentdə bildiriblər ki, onlardan da 11-i Aİ ölkələrinə gedir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır