Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Mindanao konteyner terminalı yükaşırma imkanlarını genişləndirir

Filippinin Şərqi Misamis şəhərində yerləşən Mindanao konteyner terminalı (MCT”, “International Container Terminal Services, Inc.,”) ötürmə qabiliyyətini artırmaq üçün mobil liman kranı alıb.

“Seanews.az”ın məlumatına görə, yeni kran dekabrda istismara veriləcək və terminalın mövcud yanalma körpülərindəki kran parkını tamamlayacaq. Yeni kran həm də eyni vaxtda iki daha uzun gəmidə yük əməliyyatını həyata keçirməyə imkan verəcək.

Mart ayında “MCT” iki yeni portal kran, noyabrda isə yeni istifadəyə verilmiş konteyner saxlama anbarları üçün yan lift quraşdırmışdır.

“MCT” iki il əvvəl yanalma zolağının 100 metr genişləndirilməsindən və yanalma dayaqlarının quraşdırılmasından sonra limanın idarəedici avadanlıqlarının alınması proqramı həyata keçirir. Limanda görülən işlər yüklərin aşırılması xidmətlərinə artan tələbatı ödəmək və Mindanaoda böyüyən bazarları dəstəkləmək üçün lazımdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır