Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Misir Süveyş kanalını modernləşdirməyi planlaşdırır

Təkcə 2020-ci ildə təxminən 19 000 gəmi Süveyş kanalından istifadə edib ki, bu da Süveyş limanından hər gün təxminən 50 gəminin Port Səid limanına və ya əksinə hərəkət etməsi deməkdir.

"Report" Pakistanın "Minute Mirror" resursuna istinadən xəbər verir ki, gəmilər gündə 3-9 milyard dollar dəyərində yük daşıyır.

Cənubi Asiyanın əksər dövlətləri qabaqcıl Avropa dövlətləri üçün xammal tədarükçüsü kimi çıxış edirlər. Bu ticarət Süveyş kanalı vasitəsilə həyata keçirilir. Mərkəzi Asiya, Afrika, Sakit okean regionu və Yaxın Şərq dövlətləri ilə yanaşı, Çin də Süveyş kanalının ən maraqlı istifadəçisi olaraq qalı.  Çin ticarətinin 10%-dən çoxu bu marşrutun payına düşür.

Bütün bunlar kanalın genişləndirilməsi və ya yeni analoji magistralın yaradılması zərurətinə gətirib çıxarır. Nəşr xatırladır ki, kanal artıq ötürmə qabiliyyətini artıran bir sıra təkmilləşdirmələrdən keçib. Amma görülən işlərin kifayət etmədiyi aydındır.

Misir hökumətinin nəinki kanalı genişləndirmək və dərinləşdirmək, həm də onu yenidən qurmaq üçün iddialı çoxmilyardlı planı var ki, bu da hər iki istiqamətdə tam hərəkəti təmin etməlidir.

"Yenilənmiş Süveyş kanalının tikintisi təxminən 8,2 milyard dollar qiymətləndirilir ki, bu da 60 milyard Misir funt-sterlinqinə bərabərdir. Misir hökuməti misirlilərə (fiziki və hüquqi şəxslərə, şirkətlərə və s.) Misirin dörd dövlət bankı vasitəsilə 60 milyard dollara qədər investisiya sertifikatı verib. Misirlilər tələb olunan dəyərdə investisiya sertifikatları cəmi on gün ərzində əldə ediblər”, - nəşr yazır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır